Rusiya prezidenti Vladimir Putinlə Avropa İttifaqı Şurasının sədri Şarl Mişel arasında telefon danışığı baş tutub.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Söhbət zamanı Putin Mişelin xahişi ilə 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli sazişlərin müddəalarının həyata keçirilməsi, o cümlədən Cənubi Qafqazda dinc yaşayışın bərqərar edilməsi, iqtisadi münasibətlərin və nəqliyyat əlaqələri bərpası istiqamətində atılan addımlar barədə məlumat verib.

Məhz bu məsələlərin Rusiya və Azərbaycan prezidentləri ilə Ermənistan baş nazirinin noyabrın 26-da Soçidə keçiriləcək görüşü zamanı nəzərdən keçiriləcəyi qeyd edilib.

от rosaz

Главный Редактор РосАз сайт

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *