Dövlət Sərhəd Xidmətinin helikopterinin noyabrın 30-da Xızı rayonu ərazisində Qaraheybət aviasiya poliqonunda təlim zamanı qəzaya uğraması nəticəsində həlak olan hərbçilərdən 11-i II Şəhidlər xiyabanında dəfn edilib.

APA-nın məlumatına görə, qəzada həlak olan üç hərbçi — polkovnik Cavadov Fizuli Əli İbram oğlu Zirədə, kapitan Əliyev Xəyyam Əlixan oğlu Əmircanda, baş leytenant Nağıyev Fərid Təyyar oğlu isə Beyləqanda dəfn olunacaq.

Bu barədə qərar onların ailələrinin istəyi ilə verilib.

от rosaz

Главный Редактор РосАз сайт

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *