Türkiyə və Rusiya prezidentlərinin telefon danışığı zamanı Ərdoğanın xahişi ilə Putin Rusiya, Azərbaycan və Ermənistan liderlərinin noyabrın 26-da Soçidə keçirilmiş üçtərəfli görüşünün əsas nəticələri barədə ona məlumat verib.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Putin bildirib ki, danışıqlar zamanı Bakı və İrəvanın regionda sabitliyin təmin edilməsi kontekstində qarşılıqlı fəaliyyətə, habelə iki dövlət arasında sərhədin delimitasiya və demarkasiyası mexanizmlərinin yaradılmasına hazırlığı təsdiqlənib.

Həmçinin, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı praktiki məsələlərin həlli istiqamətində fikir mübadiləsi aparılıb. Rəcəb Tayyib Ərdoğan Rusiya Federasiyasının vasitəçilik rolunun vacibliyini qeyd edərək, bu istiqamətdəki səylərin gələcək koordinasiyasının, o cümlədən atəşkəs rejiminə və münaqişə zonasındakı bütün hərbi fəaliyyətlərə nəzarət etmək üçün Rusiya-Türkiyə Ortaq Monitorinq Mərkəzinin imkanlarından istifadə edilməsinin tərəfdarı olduğunu vurğulayıb.

от rosaz

Главный Редактор РосАз сайт

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *