“Azərbaycan Prezidenti İlham Əliyev – dahi atanın layiqli övladıdır. Mən Heydər Əliyevi məhz belə dəyərləndirirəm. Son vaxtlar tez-tez onun barəsində Sovet İttifaqını qoruyub saxlaya biləcək bir şəxs və ondan ehtiyatlandıqları üçün İttifaqın rəhbər orqanlarından kənarlaşdırılan insan kimi danışırlar”.

AZƏRTAC xəbər verir ki, bu fikirləri rusiyalı siyasətçi, Dövlət Dumasının deputatı, Dumanın Müstəqil Dövlətlər Birliyi məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə Komitəsinin sədri Leonid Kalaşnikov bildirib.
Deputat deyib: “İlham Əliyev yenidənqurmadan sonrakı hərc-mərclik şəraitində heç də atasından geri qalmadı. Azərbaycana rəhbərliyi dövründə o, qonşu ölkələrlə, o cümlədən Rusiya və Türkiyə kimi böyük geosiyasi aktorlarla dostluq münasibətləri qurub, Azərbaycanın qarşılaşdığı çox mürəkkəb bir problemi — ərazi bütövlüyü problemini həll edib. Bunu yalnız görkəmli rəhbər edə bilər. Azərbaycan Prezidenti ilə bizim qarşılıqlı etimada əsaslanan çox yaxşı münasibətlərimiz var. Səmimi deyirəm, bu, istedadlı, zəkalı insandır. Çünki ərazi bütövlüyü problemini sadəcə sözlə və ya hərbi yolla həll etmək mümkün deyil. Bundan ötrü diplomatik təmkin, Rusiya ilə, digər qonşu ölkələrlə xoş, mükəmməl münasibətlər qurmaq və bununla yanaşı, öz dövlətinin imkanlarını artırmaq lazım idi”.
Rusiya Dövlət Dumasının komitə sədri qeyd edib ki, postsovet məkanında çoxları ruslar haqqında, rus dili haqqında danışır, lakin bundan ötrü heç bir addım atmır. L.Kalaşnikov deyib: “Mən MDB işləri üzrə Komitənin sədri kimi bütün bunları görürəm. Azərbaycanda bir neçə yüz rusdilli məktəb mövcuddur. Azərbaycan Prezidenti və Birinci vitse-prezident bu ölkədə rus dilini səmimi dəstəkləyirlər. Mən Azərbaycanı keçmiş Sovet İttifaqının digər respublikaları ilə müqayisə edirəm, o respublikalar ki, dostluq və sədaqətə and içirlər, lakin orada bircə dənə belə rusdilli məktəb yoxdur, yaxud onların sayı çox azdır. Mən bu respublikada Rusiyaya, ruslara qarşı necə yanaşmanı görürəm. Bütün bunlar rəhbərlərdən qaynaqlanır. Prezident İlham Əliyev ölkənin çox mürəkkəb ərazi bütövlüyü problemini həll edən şəxsiyyətdir. Digər tərəfdən, o, həmişə özünə xas olan addımı atıb — Azərbaycanda yaşayan bütün millətləri dəstəkləyib. Mən Azərbaycanda pravoslav kilsəsinin rəhbərləri, hakimiyyətdən uzaq həmvətənlilərlə görüşmüşəm. Onların hamısı səmimi qəlbdən Prezident haqqında xoş sözlər deyirdilər”.
Rusiyalı siyasətçi sonda deyib: “Prezidentin ad günündə cəsarətlə bu sözləri təsdiqləmək olar: hər bir azərbaycanlı deyə bilər ki, tale onların ölkəsinin üzünə gülüb. Azərbaycanın bəxti Heydər Əliyev ilə də, İlham Əliyevlə də gətirib. Bu, hansısa alın yazısıdır. Çünki 1990-cı illərdə respublika əllərində silah gəzərək özbaşınalıq edən anarxistlərin və quldurların əlində idi. İndi də ölkənin təməlini – milli rifahı və milli həmrəyliyi parçalamağa cəhd göstərən qüvvələr var. Bu gün Azərbaycan təkcə neft ölkəsi deyil. Orada turizm də inkişaf edir, Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Gözəl dağ kurortları var, bizim turistlərin mənə danışdıqları kimi, xizəkdə də sürüşmək mümkündür. Hər yerdə rus dilində çox gözəl danışırlar. Əlbəttə, Prezident bütün bunları zərrə-zərrə, hər gün edir. İlham Əliyev ən xoş sözlərə layiqdir və mən onu ad günü münasibətilə məmnuniyyətlə təbrik edirəm”.

от rosaz

Главный Редактор РосАз сайт

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *