Şou-biznes

Азербайджанский фильм выдвинут на премию «Оскар»

Художественный фильм «Внутренний остров» выдвинут Союзом кинематографистов Азербайджана на 94-ю премию «Оскар» Американской киноакадемии в номинации «Лучший фильм на иностранном языке».
Об этом говорится в очередном выпуске передачи ведущей Наты Османлы, гостем которой стал режиссер Руфат Гасанов.

Фильм снят по заказу Министерства культуры на киностудии «Азербайджанфильм» имени Джафара Джаббарлы. Также был осуществлен дебют совместно с Arizona Productions, Coyote Cinema и Mandarin Intense. Автором сценария и режиссером фильма является Руфат Гасанов.

Azərbaycanlı məşhur model: “Oğlum atasının kim olduğunu bilmir”

Türkiyədə məşhurlaşan azərbaycanlı model Günay Musayeva oğlu Cahangirin atasını öldü bildiyini açıqlayıb.
Bu haqda Günay TV 8-də yayımlanan “İkinci sayfa” proqramında danışıb.
Model səfərdə olarkən bir müddət nənəsinin yanında qalan Cahangirin orada uşaqlarla olan dialoqundan söz açıb:

“Anam mənə dedi ki, Cahangirə “atan haradadır?” sualını verdikləri zaman, o, “buludların üstündədir, gülümsəyir” deyə cavab verib”.
O, keçmiş həyat yoldaşı, türkiyəli aktyor Tolqa Karelə səslənərək, oğluna zəng etməsini istəyib:
“Cahangir atasının kim olduğunu bilmir. Heç adını, soyadını bilmir. Oğlumuz Cahangir onun öldüyünü düşünür. Tək istəyim sadəcə ayda bir dəfə ona zəng edib, varlığını göstərməsidir. Mənə belə zəng etməsinə ehtiyac yoxdur, Cahangirin köməkçisi var, ona zəng etsin. “Oğlum, necəsən?” deməsi, Cahangirin onun varlığını bilməsi bəsdir”.
Qeyd edək ki, Tolqa Karel ikinci dəfə Sara Skot adlı əcnəbi xanımla ailə qurub. O, hazırda ABŞ-da yaşayır. Aktyorun bu nikahdan iki övladı var. Sara hazırda üçüncü uşağa hamilədir. Günay və Tolqa 2015-ci ildə ayrılıb.